​Azərbaycanda ötən il 7,7 min müəssisə yaradılıb

​Azərbaycanda ötən il 7,7 min müəssisə yaradılıb Ötən il 75,1 min fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçib
Biznes
16 Yanvar , 2015 10:05
​Azərbaycanda ötən il 7,7 min müəssisə yaradılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycanda 2014-cü ildə 7 679 müəssisə yaradılıb. 

"Report"un Dövlət Statistika Komitəsindən aldığı məlumata əsasən, yeni müəssisələrin 57,4%-i Bakıda, 9,8%-i Aran, 7,9%-i Abşeron, 7%-i Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ildə 75 126 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi