​Azərbaycanda ötən il 54 min vergi qanunvericiliyinin pozulması faktı aşkarlanıb

​Azərbaycanda ötən il 54 min vergi qanunvericiliyinin pozulması faktı aşkarlanıb Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb
Biznes
7 Yanvar , 2015 17:59
​Azərbaycanda ötən il 54 min vergi qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 53 909 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb. Bu barədə "Report"a Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Həmin dövrdə 29 025 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 9 830 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 7 823 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib. 3490 vergi ödəyicisi tərəfindən 4 751 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 2 842 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 899 vergi ödəyicisində 10 822 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mal olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi