​Azərbaycanda Novruz etiketli "Xırdalan" pivəsi satışa çıxarılıb

​Azərbaycanda Novruz etiketli "Xırdalan" pivəsi satışa çıxarılıb "Baltika-Bakı" şirkəti bunu məhdud sayda həyata keçirib
Biznes
1 Mart , 2016 09:48
​Azərbaycanda Novruz etiketli Xırdalan pivəsi satışa çıxarılıb

Bakı. 1 mart. REPORT.AZ/ "Baltika-Bakı" şirkəti martın 1-dən etibarən Novruz bayramına həsr olunmuş məhdud sayda "Xırdalan" pivəsini satışa çıxarıb.

"Report" xəbər verir ki, Azərbaycan pivə bazarının lider olan "Baltika-Bakı" şirkəti istehlakçıları maksimal şəkildə məmnun etməyə çalışır və onlarla ən parlaq anları və hadisələri paylaşır: "Bunun bir nümunəsi olaraq üzərində Azərbaycan xalqının ənənəvi bayramlarından biri olan – Novruza həsr olunmuş bayram etiketləri ilə məhdud sayda "Xırdalan" pivəsinin istehsalını göstərmək olar. Bu gündən etibarən məhdud sayda istehsal olunmuş və ölkənin bir nömrəli pivə brendi olan "Xırdalan" Novruz bayramında süfrənin bəzəyi olacaq".

"Heç kim üçün sirr deyil ki, yarandığı gündən "Baltika-Bakı" şirkəti fəaliyyətini istehlakçıların gözlənti və arzularına əsasən qurub. Təsadüfi deyil ki, sərinləşdirici dada malik yüngül "lager" olan "Xırdalan" brendi maksimal şəkildə Azərbaycan istehlakçısının zövqünə əsasən hazırlanıb. Lakin bizim üçün keyfiyyətli pivə istehsalı ilə yanaşı, həmçinin ölkənin ən mühüm hadisələrini istehlakçılarla bölüşmək böyük əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycan xalqının sevimli bayramı ərəfəsində məhdud sayda "Xırdalan" pivəsi istehsal etdik. Ümid edirəm ki, üzərində bayram etiketi olan "Xırdalan" pivəsi müştərilərə gözəl əhval-ruhiyyə bəxş edəcək və Novruz şənliyinin ayrılmaz hissəsinə çevriləcək", - deyə "Baltika-Bakı" şirkətinin baş direktoru Sergey Tolmaçov bildirib.

"Azərbaycanın ən önəmli bayramlarından olan və ölkənin tarixi və ənənələri ilə birbaşa əlaqələndirilən Novruz bayramına həsr olunmuş məhdud sayda "Xırdalan" pivəsinin bayram etiketi ilə buraxılması zəngin mədəniyyətə və qədim adətlərə hörmət əlamətidir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, "Xırdalan" seçilmiş arpa suyundan, mayadan, mayaotundan və sudan hazırlanmış açıq "lager"dir. Zəngin dadına, təkrarolunmaz ətrinə və dəyişməz olaraq qalan yüksək keyfiyyətinə görə "Xırdalan" Azərbaycanın pivə bazarında 30% payı olan bir nömrəli pivə brendidir.

Ötən il "Baltika-Bakı" şirkəti "Xırdalan" brendinin "Pulu qapağın altında axtar" adlı istehlak proqramı və "Yeni dövrün pivəsi" adlı imic kampaniyasını həyata keçirib. 2016-cı ildə "Xırdalan" brendi Azərbaycanda Avro-2016 futbol üzrə Avropa çempionatının rəsmi sponsoru olacaq.

"Baltika-Bakı" pivə istehsalı zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. "Carlsberg" Qrupunun tərkib hissəsi olan "Baltika" şirkəti zavodu 2008-ci ildə əldə edib, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə verib. Zavodun illik istehsal gücü 10 mln. dekalitr təşkil edir. Şirkətdə təqribən 250 əməkdaş çalışır və təxminən 400 nəfər (distribyutor, agentliklər və podradçılar) iş prosesinə cəlb olunub. "Baltika-Bakı" şirkətinin büdcəyə illik vergi köçürmələri 20 mln. manatdan, zavodun inkişafına yatırılan ümumi vəsait isə 47 mln. manatdan çoxdur. "Baltika-Bakı"şirkətinin məhsulu 2015-ci ildəAzərbaycan bazarının 75%-ni təşkil edir. Şirkət "Xırdalan", "Tuborg", "Baltika 7", "Baltika 0", "Baltika 9", "Xırdalan Draft", "Kuler", "Əfsanə", "Jiqulyovskoye firmennoye", "33 Export" kimi populyar pivə brendləri istehsal edir.

"Carlsberg" Qrupunun hissəsi olan "Baltika" MMC Rusiyanın istehlak malları sırasında ən böyük istehsalçılardan biridir, 1996-cı ildən isə Rusiyanın pivə bazarında liderdir. "Baltika" şirkətinə Rusiya ərazisində 8 zavod və çoxsaylı pivə brendləri məxsusdur. "Baltika" şirkəti Rusiyanın aparıcı pivə ixracatçısıdır: şirkətin məhsulları 75-dən artıq ölkədə təqdim olunur, Rusiyada istehsal olunan bütün pivənin 50%-dən artıq hissəsi şirkətin payına düşür.

Son xəbərlər

Orphus sistemi