Yuxarı
    Bağlamaq

    Azərbaycanda növbəti hərrac keçirilib

    Növbəti hərrac isə dekabrın 13-də keçiriləcək

    Bakı. 6 dekabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən bu gün növbəti hərrac keçirilib.

    Komitədən "Report"a verilən xəbərə görə, bu hərracda 5 kiçik dövlət müəssisə və obyekti, 2 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib.

    Budəfəki hərracda özəlləşdirilən 2 kiçik müəssisə və 2 istifadəsiz qeyri-yaşayış sahəsi paytaxtda, qalan 3 kiçik müəssisə və obyekt isə Şirvan, Sabirabad və Saatlıda yerləşir. Hərracda ən yüksək qiymətə satılan daşınmaz əmlak paytaxtın Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Sözügedən əmlak 180 min manata özəlləşdirilib. Özəlləşdirilən “Vüqar” şadlıq evi isə hərracda yüksək qiymətə - 74,8 min manata satılan növbəti əmlak olub. Adıçəkilən əmlak paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşir. Nizami rayonunda yerləşən digər qeyri-yaşayış sahəsi isə 55 min manata özəlləşdirilib.

    Komitə tərəfindən növbəti hərrac dekabrın 13-də keçiriləcək. Hərraca çıxarılan 101 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 43-ü kiçik dövlət müəssisə və obyekti, 19-u istifadəsiz qeyri-yaşayış sahəsi və 16-sı nəqliyyat vasitəsidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi