Yuxarı

​Azərbaycanda nəqliyyat sektorunda 1891,9 mln. sərnişin daşınıb

Anbar təsərrüfatı sektorunda isə 222,4 mln. ton yük daşınması qeydə alınıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən il ərzində 222,4 mln. ton yük və 1891,9 mln. sərnişin daşınıb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2014-cü illə müqayisədə yük daşınması 0,2%, sərnişin daşınması isə 3,5% artıb.

Yüklərin 3%-i dəniz, 7,7%-i dəmir yolu, 61,9%-i avtomobil, 27,4%-i isə boru kəməri nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 88,1%-i avtomobil, 11,7%-i metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb. Hesabat dövründə nəqliyyat sektorunda 161,6 mln. ton qeyri-neft yükləri daşınıb, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% çoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi