Yuxarı
    Bağlamaq

    Azərbaycanda neft gəlirləri “qızıl qayda” əsasında xərclənəcək

    Bu, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə strateji hədəf kimi əksini tapıb

    Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycanda neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək “qızıl qayda”nın tətbiqi nəzərdə tutulub. 

    “Report” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə strateji hədəf kimi əksini tapıb.

    Sənədə əsasən, bu addım fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi çərçivəsində atılacaq. Bundan başqa, xərc/investisiya intizamının təminatı üçün mexanizmin yaradılması, yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi planlaşdırılır.

    Strateji Yol Xəritəsinin digər hədəfi isə özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsidir. Bu çərçivədə iqtisadiyyatda dövlət sektorunun əhəmiyyətinin artırılmasına dair ümumi yanaşmanın əlaqələndirilməsi, özəlləşdirmə gündəliyinin uğurla icrası və priorotet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi, özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması nəzərdə tutulub.

    Bundan başqa, sənəddə insan kapitalının inkişaf etdirilməsi də strateji hədəf kimi qarşıya qoyulub. Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılması planlaşdırılır.

    Hökumət həmçinin əlverişli biznes mühitinin inkişaf etdirilməsi, bu məsələdə özünün aparıcı rolunun daha da gücləndirilməsi barədə düşünür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi