​Azərbaycanda müəssisə və təşkilatların sayı 30% artıb

​Azərbaycanda müəssisə və təşkilatların sayı 30% artıb Bu il Azərbaycanda 4 362 müəssisə və təşkilat yaradılıb
Biznes
13 İyul , 2016 13:42
​Azərbaycanda müəssisə və təşkilatların sayı 30% artıb

Bakı. 13 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 4 362 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb. 

“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7% artıb.

Yeni müəssisə və təşkilatların 63,1%-i Bakıda, 11%-i Aran, 7,7%-i Abşeron, 4,7%-i Lənkəran, 4,5%-i Gəncə-Qazax, 3,9%-i Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, 2016-cı ilin yanvar-iyun aylarında fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 48 911 fiziki şəxs qeydiyyatdan keçib. Onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 30,5% artıb. Fərdi sahibkarlar daha çox Bakı, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi