Azərbaycanda minik avtomobili istehsalında durğunluq davam edir

Azərbaycanda minik avtomobili istehsalında durğunluq davam edir Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-noyabr ayları ərzində 30 ədəd minik avtomobili istehsal olunub. Bu da avqust ayından etibarən ölkədə minik avtomobili istehsal olunmadığını göstərir. 
Biznes
22 Dekabr , 2017 16:15
Azərbaycanda minik avtomobili istehsalında durğunluq davam edir

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-noyabr ayları ərzində 30 ədəd minik avtomobili istehsal olunub. Bu da avqust ayından etibarən ölkədə minik avtomobili istehsal olunmadığını göstərir. 

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin ilk 11 ayı ərzində istehsal ötən ilin eyni dövrü ilə müqayisədə 88,9% azalıb. Bu il dekabrın 1-nə 120 ədəd hazır məhsul ehtiyatı yaranıb. Hesabat ilində yük avtomobili istehsalı illik müqayisədə 99% azalaraq 71 ədəd, traktor istehsalı 30% artaraq 1 317 ədəd təşkil edib.

Rəsmi statistikaya əsasən, yanvar-noyabr ayları ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 259,2 mln. manatlıq məhsul istehsal edilib.

Son xəbərlər

Orphus sistemi