Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 11 iyul 2014-cü il tarixli 228 nömrəli Fərmanına və Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər” də dəyişiklik edilməsi haqqında” 1 oktyabr 2014-cü il tarixli 319 nömrəli Qərarına əsasən, aprel ayı ərzində respublika ərazisində
“Report” Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən bildirir ki, yoxlama nəticəsində 9 satış məntəqəsinin lisenziyasız fəaliyyəti aşkar edilib. Həmin satış məntəqələrində qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş müxtəlif adda (Lardeta, Ortiva Top, Rubit, Endosul Fan, Ola Of 85 və.s ) 25,5 kq pestisid dövriyyədən çıxarılıb, həmin məntəqələrin fəaliyyətləri dayandırılıb və qanunamüvafiq inzibatı tədbirlər görülüb.
Eyni zamanda yoxlama nəticəsində Salyan rayonu ərazisində lisenziyasız fəaliyyət göstərən Abdullayev İlqar Ağahəsən oğluna məxsus pərakəndə satış obyektində respublika ərazisində Ammonium nitrat gübrəsinin dəyəri 6.50 manat olduğu halda 9 manata satıldığı aşkar edilib və satış məntəqəsinin fəaliyyəti dayandırılıb. Məlumat üçün bildiririk ki, həmin satış məntəqəsində 26 ton Ammonium nitrat mövcud olub.