​Azərbaycanda lisenziyaların sayı azaldılacaq

​Azərbaycanda lisenziyaların sayı azaldılacaq Yeni qanun layihəsi lisenziyaların sayının optimallaşdırılmasını nəzərdə tutur
Biznes
17 Dekabr , 2015 15:34
​Azərbaycanda lisenziyaların sayı azaldılacaq

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycanda lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin növləri məhdudlaşdırılmalı, azaldılmalıdır. Bu, sahibkarlığın inkişafına şərait yaradır.

"Report"un verdiyi xəbərə görə, bunu deputat Vahid Əhmədov bu gün "Lisenziyalar və icazələr haqqında" qanun layihəsinin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında müzakirəsi zamanı bildirib.

V.Əhmədov deyib ki, dövlət təhlükəsizliyi, insan sağlamlığı üçün önəmli sayılmayan sahələr sərbəstləşdirilməlidir. O, həmçinin bütün lisenziyaların və icazələrin verilməsinin "ASAN xidmət"ə həvalə olunmasını təklif edib. Onun sözlərinə görə, Azərbaycanda bütün nazirliklər lisenziyalaşma ilə məşğul olduğundan, bu da korrupsiya mənbəyinə çevrilir.

İqtisadiyyyat və sənaye nazirinin müavini Sahib Məmmədov isə bildirib ki, qanun layihəsində lisenziyaların sayının optimallaşdırılması da nəzərə alınıb və əgər təkliflər qəbul olunarsa, fəaliyyət növünə görə lisenziyaların sayı azaldılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda lisenziyalar 59 fəaliyyət növü üzrə verilir və alt sahələr də daxil olmaqla, ümumi say 107-dir. Təklifdə həmin 59 fəaliyyət növü üzrə lisenziyaların optimallaşdırılması məsələsi də əksini tapıb.

Son xəbərlər

Orphus sistemi