Azərbaycanda kinoteatr özəlləşdirməyə çıxarılıb

Azərbaycanda kinoteatr özəlləşdirməyə çıxarılıb Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 24-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı nöbvəti hərracını keçirəcək
Biznes
25 Sentyabr , 2017 14:02
Azərbaycanda kinoteatr özəlləşdirməyə çıxarılıb
Report

Bakı. 25 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) oktyabrın 24-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı nöbvəti hərracını keçirəcək.

“Report” Komitəyə istinadən xəbər verir ki, hərraca 25-i səhmdar cəmiyyəti, 64-ü kiçik dövlət müəssisə və obyekti, 67-si istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla ümumilikdə 156 dövlət əmlakı çıxarılıb.

Əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2642

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı ilə yanaşı Şəmkir, Tovuz, İmişli, Cəlilabad, Göygöl, Naftalan və digər rayonlarında yerləşir. Onların arasında Bakının Suraxanı rayonundakı 42 saylı mağaza, Tovuzda yerləşən “Şəfəq” kinoteatrı, Təsərrüfat hesablı Göygöl Aqrar Sənaye Kombinatı kimi iri dövlət əmlakları var.

Kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti olan Bakıdakı 42 saylı mağazadır. 400 min manata təklif olunan müəssisənin torpaq sahəsi 2 min kv.m-ə yaxındır. Bundan başqa paytaxtın Qaradağ rayonunda yerləşən 22 saylı avtodayanacaq 216 min manata, Sumqayıtda olan “Laçın” restoranı 205 min manata hərraca çıxarılıb.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Gəncədə yerləşən “Sünbül” kafesini nümunə kimi göstərmək olar.

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 61-i paytaxtda, qalanları isə Sumqayıt, Mingəçevir şəhərində, Şirvan, Sabirabad rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 58,5 min manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 80 kv.m-ə yaxındır. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 11 kv.m ilə 213 kv.m arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Bakının Nəsimi rayonunda yerləşən sahəsi 11 kv.m olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2 min manat təşkil edir. Həmçinin paytaxtın Səbail rayonunda yerləşən sahəsi 11,2 kv.m, ilkin start qiyməti 3 min manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Salyan broyler”, “Qax Taxıl”, “Zərdab Aqrotexservis”, “Bərəkət”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Cəlilabad Məişət” kimi səhmdar cəmiyyətlər var. 

Son xəbərlər

Orphus sistemi