Azərbaycanda kiçik və orta biznesin inkişafına dair təkliflər toplanılır

Azərbaycanda kiçik və orta biznesin inkişafına dair təkliflər toplanılır Bu məqsədlə onlayn rejimdə sorğu keçirilir
Biznes
16 Avqust , 2016 11:02
Azərbaycanda kiçik və orta biznesin inkişafına dair təkliflər toplanılır

Bakı. 16 avqust. REPORT.AZ/ Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti dəfə onlayn rejimdə sorğu keçirir. Bu barədə "Report"a İİTKM-dən bildirilib.

Məlumata görə, budəfəki sorğuda kiçik və orta sahibkarlığın inkişafı üçün təkliflər verilməsi xahiş olunur. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştirak etməyə dəvət edilir.

Təklifləri İİTKM-nin internet saytında müvafiq link (http://iqtisadiislahat.org/online-application) vasitəsilə çatdırmaq mümkündür.

Xatırladaq ki, İİTKM bundan əvvəl vergi, gömrük, sosial müdafiə, miqrasiya və əmək qanunvericiliyinə dair sorğular keçirib.

Son xəbərlər

Orphus sistemi