Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda kərə yağı və pendirin qiymətinin süni artımı ilə bağlı iş qaldırılıb

    “Westgold”, “French Cow” kərə yağları və “Oldenburger” pendirlərinin əsas təchizatçısı olan “West Produkt Marketing” MMC barədə iş qaldırılıb

    Bakı. 26 fevral. REPORT.AZ/ Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

    “Report” nazirliyə istinadən xəbər verir ki, Dövlət Xidməti tərəfindən aparılmış monitorinqlər zamanı istehlak bazarında “Westgold”, “French Cow” kərə yağlarının və “Oldenburger” pendirlərinin qiymətində süni artım, habelə süni qıtlıq yaratmaq məqsədilə həmin məhsulların dövriyyədən çıxarılması əlamətlərinin olduğu müəyyən edilib.

    Bununla əlaqədar həmin malların istehlak bazarında əsas təchizatçısı olan “West Produkt Marketing” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

    Qeyd edək ki, istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi