Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablana bilər

Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablana bilər Bu, Vergilər Məcəlləsində hazırlanan yeni dəyişikliklər layihəsində nəzərdə tutulub
Biznes
14 Dekabr , 2016 13:06
Azərbaycanda kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablana bilər

Bakı. 14 dekabr. REPORT.AZ/ Pərakəndə ticarətlə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablana bilər.

"Report"un verdyi xəbərə görə, bu barədə vegilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bu gün keçirilən iclasında məlumat verib.

Bu, Vergilər Məcəlləsində hazırlanan yeni dəyişikliklər layihəsində nəzərdə tutulub.

Qeyd edək ki, ticarət əlavəsi - malların ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti ilə malgöndərənlərə ödənilən malın alış qiyməti arasındakı fərqdir.

Son xəbərlər

Orphus sistemi