Yuxarı
    Bağlamaq

    Azərbaycanda Türkiyə və yerli iş adamlarının yeni təşkilatı yaradılıb

    Onlar Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)” adı altında birləşiblər

    Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycanda fəaliyət göstərən Türkiyə və Azərbaycan iş adamlarının yeni təşkilatı təsis edilib. “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB)” adı altında bir araya toplanan iş adamları öz sıralarında yerli və xarici şirkət rəhbərlərini, eləcə də sahibkarları birləşdirir. 

    Bu, yeni yaradılan təşkilatdan "Report"a daxil olan məlumatda bildirilib. Təşkilata Azərbaycanda fəaliyyət göstərən çox saylı böyük şirkət və holdinqlər, eləcə də tanınmış iş adamları daxildir.

    “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), qlobal iqtisadi əlaqələrin yenidən tənzimləndiyi bir mühitdə, çox önəmli bir missiyanı öz üzərinə götürüb.

    “Millət və dövlətlərimiz varsa, biz də varıq!” şüarı ilə fəaliyyət göstərən iş adamları, öz sahələrində əldə etdikləri uğur ilə yanaşı, xalqımızın rifah halının yaxşılaşdırılması və millətimizin sivilizasiyalara doğru inteqrasiyası üçün öz üzərinə düşən vəzifələri yerinə yetirməyi hədəfləyir.

    TUİB İdarə Heyətinin sədri olaraq Ali İhsan Genç seçilib. İdarə Heyəti Sədrinin 1-ci müavini Hüseyn Büyükfırat, İdarə Heyəti sədrinin köməkçisi isə Birol Oğuz olacaq. TÜİB rəhbərliyi öz fəaliyyəti çərçivəsində, rəqabət gücünü artıracaq, struktur islahatlarla dəstəklənən davamlı böyümə və ictimai problemlərin daimi həllinin tapılmasını hədəfləyən işlərə üstünlük verir.

    Azərbaycan və Türkiyənin mövcud potensialının ən təsirli şəkildə qiymətləndirilməsi üçün hər iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, onları birgə əməkdaşlıq etməyə və investisiya yatırımlarına təşviq etmək, real və məhsuldar məşğulluğu artırmaq, insanların rifahını yüksəldə biləcək fəaliyyət sahələrinə üstünlük vermək, üzvlərini əlavə dəyəri yüksək sahələrdə daha da fəal olmaları üçün təşviq etmək, mövcud qanun vericilikdə inkişaf etdirilməyə ehtiyac duyulan xüsuslar olduqda müvafiq qanunverici orqanlarla öz təcrübə və biliklərinii paylaşmaq, təkliflər təqdim etmək və bütün tərəflərin məmnun qalmasını təmin etmək əsas hədəflər arasındadır.

    Qurum bu məqsədlərə nail olmaq üçün Azərbaycanın və Türkiyənin dövlət orqanları, eləcə də biznes təşkilatları ilə geniş əlaqələr yaratmağa başlayıb. Yarandığı ilk gündən biznes tədbirlərdə aktiv surətdə iştirak edən A. Genç bildirib ki, yeni təşkilatın yaradılması Azərbaycanda biznes qurumlarının fəaliyyətinin koordinasiya edilməsi, biznes imkanlarının daha yaxşı təbliği və onlardan səmərəli istifadə olunmasına imkan verəcək. "Təşkilatımızın əsas məqsədlərindən biri onun üzvü olub-olmamasından asılı olmayaraq Azərbaycanda çalışan Türkiyəli iş adamlarının yolunu işıqlandıracaq addımları atmaq və onları məlumatlandırmaqdır .Güclüyük, daha da güclü olacağıq. Öz gücümüzlə ölkələrimizə güc qatacağımıza, Azərbaycan güclü olarsa, Türkiyə, Türkiyə güclü olarsa, Azərbaycanın güclü olacağına inanırıq". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi