​Azərbaycanda iqtisadi islahatlarla bağlı ictimaiyyətin təklifləri öyrənilir

​Azərbaycanda iqtisadi islahatlarla bağlı ictimaiyyətin təklifləri öyrənilir Onlayn sorğunun ilk sualı vergi qanunvericiliyi və inzibatçılığına həsr olunub
Biznes
21 İyun , 2016 16:32
​Azərbaycanda iqtisadi islahatlarla bağlı ictimaiyyətin təklifləri öyrənilir

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) onlayn qaydada sorğu keçirir.

"Report" xəbər verir ki, sorğunun keçirilməsində məqsəd Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı ictimai rəy və yeni islahat təklifləri ilə bağlı fikirlərin öyrənilməsidir.

İslahatların inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq üçün ilk sorğuda aşağıdakı suala dair təklifləri 10 gün müddətində bildirmək xahiş olunur: "Azərbaycan Respublikasının vergi qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?"

Sorğuda mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar iştirak edə bilər. Təkliflər İİTKM-nin internet saytında aşağıdakı link vasitəsilə çatdırıla bilər: http://iqtisadiislahat.org/online-application.

Son xəbərlər

Orphus sistemi