Yuxarı

Azərbaycanda investisiyaların təşviqinə dair təkliflər hazırlanıb

Sənəd artıq Nazirlər Kabinetinə təqdim olunub

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycanda investisiyaların təşviq edilməsini nəzərdə tutan təkliflər zərfi artıq Nazirlər Kabinetinə təqdim edilib. “Report” xəbər verir ki, bunu Bakıda keçirilən “Sahibkarlar günü” adlı konfransıda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib: "Bu sənədi digər nazirliklərlə birgə işləmişik".

Onun sözlərinə görə, bu sənəddə vergi və rüsumlar, daxili istehsalın inkişafı, habelə daxili bazarın qorunması ilə bağlı məsələlər əksini tapıb.

“Qeyd edim ki, dövlət başçısının gömrük sistemində islahatların davam etdirilməsinə dair sərəncamı mühüm sənəddir. Bu sərəncamdan irəli gələn məsələlər artıq yekunlaşmaq üzrədir. Digər məsələlər, məsələn, "yaşıl dəhliz", gömrükdə depozitlərin qoyulması, vətəndaşların rast gəldiyi digər məsələlər də həllini tapacaq. Artıq sərhədi keçərkən bunları görəcəksiz”, - deyə A.Əliyev qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi