Azərbaycanda investisiya layihəsinin minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiqlənib - CƏDVƏL

Azərbaycanda investisiya layihəsinin minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiqlənib - CƏDVƏL Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Biznes
20 Aprel , 2016 19:09
Azərbaycanda investisiya layihəsinin minimal məbləği və həyata keçiriləcəyi inzibati ərazi vahidləri təsdiqlənib - CƏDVƏL

Bakı. 20 aprel. REPORT.AZ/ Prezident İlham Əliyev “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, sənədlə “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri” təsdiq edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidləri

Son xəbərlər

Orphus sistemi