Azərbaycanda ilk mentorluq proqramının bağlanış mərasimi keçirilib

Azərbaycanda ilk mentorluq proqramının bağlanış mərasimi keçirilib Fərqlənən mentilər diplomla təltif olunublar
Biznes
16 İyun , 2017 17:33
Azərbaycanda ilk mentorluq proqramının bağlanış mərasimi keçirilib

Bakı. 16 iyun. REPORT.AZ/ ADA Universitetində Azərbaycanda ilk mentorluq proqramının bağlanış mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbiri Human Foundation təşkilatı təşkil edib.  

"Azeriretail", "Bakcell", "Deloitte Azərbaycan" və "Gilan Holding" kimi şirkətlərdən 4 mentorla birgə müxtəlif təhsil və professional zəminli 16 menti Beynəlxalq LifeGuide Mentorluq Proqramının iştirakçıları olub.

Tədbirdə qeyd olunub ki, proqramın əsas məqsədi tələbələrin mentorları rəhbərliyi altında seçdikləri ixtisaslar üzrə, həmçinin həyatda daha hazırlıqlı, kamil və bacarıqlı olmalıdır.

Proqram vasitəsilə gənclər öz maraqları çərçivəsində həyati, praktik və professional təcrübə toplamaq imkanı əldə ediblər. Layihə zamanı bu təcrübələrə nail olmaq üçün 4 mentor rəhbərliyi altında mentilər 7 həftə müddətində müxtəlif mərhələləri keçiblər.

Mentorlar Azərbaycanda fəaliyyət göstərən müxtəlif yerli və beynəlxalq şirkətlərin nümayəndələri olub. Seçilən iştirakçılar həmin mentorlardan peşəkar tövsiyələr və təlim alıblar.

Tədbir zamanı mentorlar Azərbaycanda ilk mentorluq proqramı haqqında öz fikirlərini, təəssüratlarını və şəxsi təcrübələrini paylaşıblar. Fərqlənən mentilər diplomla təltif olunublar və bütün digər iştirakçılar LifeGuide Mentorluq Proqramını tamamlamaq münasibətilə sertifikatlar alıblar.

Qeyd edək ki, proqramın informasiya dəstəyi “Report” İnformasiya Agentliyinə məxsudur.  

Son xəbərlər

Orphus sistemi