​Azərbaycanda iki səhmdar cəmiyyəti ləğv olunub

​Azərbaycanda iki səhmdar cəmiyyəti ləğv olunub Bununla bağlı vergi orqanları məlumat yayıb
Biznes
16 İyun , 2016 11:53
​Azərbaycanda iki səhmdar cəmiyyəti ləğv olunub

Bakı. 16 iyun. REPORT.AZ/ Azərbaycanda Açıq Səhmdar Cəmiyyəti (ASC) formasında fəaliyyət göstərən 2 müəssisə ləğv olunduğunu elan edib. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Bu müəssisələrdən biri "Gəncə Yağ-Piy" ASC-dir. Kreditorlar tələblərini Gəncə şəhəri, Heydər Əliyev prospekti,53 ünvanına bildirə bilərlər.

Digər müəssisə isə "Binəqədi Tikinti Mexanikləşdirmə" ASC-dir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 3121-ci məhəllə, Abay Kunanbayev küçəsi,78A ünvanına bildirə bilərlər.

Son xəbərlər

Orphus sistemi