Azərbaycanda idxal zamanı qaimələri saxtalaşdıran şirkətlərin adları açıqlanıb

Azərbaycanda idxal zamanı qaimələri saxtalaşdıran şirkətlərin adları açıqlanıb Ümumilikdə 116,5 min dollar və 64 min avro vəsaitin vergi və rüsumlara cəlb olunmasından yayındırılmağa cəhd edilib
Biznes
22 Dekabr , 2016 14:41
Azərbaycanda idxal zamanı qaimələri saxtalaşdıran şirkətlərin adları açıqlanıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Sön dövrlərdə Azərbaycanda sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə aparılan araşdırma zamanı malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. 

“Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda qeyd edilir.

Komitə aşağıdakı siyahıda göstərilən şirkətlərin məhz bu addımlar atdığını açıqlayıb:

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı İnvoysda göstərilən qiymət Real qiymət Fərq
1 “Taleh-AT” müəssisəsi 67 350,01 dollar 129 915,13 dollar 62 565,12 dollar
2 “Qoşabulaq-A” MMC 26 000 avro 70 000 avro 44 000 avro
3 Kamal Rauf oğlu Bəhlulzadə 6 584 dollar 28 044 dollar 21 460 dollar
4 “Avantaj AS” MMC 46 188,60 dollar 65 027,06 dollar 18 838,46 dollar
5 “NTC Company” MMC 24 584,85 dollar 38 216 dollar 13 631,15 dollar
6 “Çipto” MMC 7 028,98 avro 17 180,32 avro 10 151,34 avro
7 “ABA Trading” MMC 27 700 avro 37 500 avro 9 800 avro

"Cədvəldən də göründüyü kimi, ümumilikdə 116,5 min ABŞ dolları və 64 min avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib və təəssüf ki, bu kimi hallar davam edir”, -  deyə açıqlamada deyilir.

Son xəbərlər

Orphus sistemi