Azərbaycanda icra qanunvericiliyi təkmilləşdiriləcək

Azərbaycanda icra qanunvericiliyi təkmilləşdiriləcək Baş İdarə: Son 10 ildə icra işlərinin sayı təxminən 10 dəfə artıb
Biznes
25 Noyabr , 2016 12:58
Azərbaycanda icra qanunvericiliyi təkmilləşdiriləcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanda yaxın vaxtlarda icra qanunvericiliyi təkmilləşdiriləcək. “Report” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin baş məsləhətçisi Eynur Babayev məlumat verib.

“İcra ilə bağlı vəziyyət yaxşı deyil, bu sahədə 40%-lik həddi aşa bilmirik. Buna görə də qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün xaricdən 4 mütəxəssis cəlb olunub. Ümid edirik ki, tezlikdə bu sahədə vəziyyəti düzəldəcəyik”, - deyə E.Babayev qeyd edib.

Baş məsləhətçi onu da deyib ki, Ədliyyə Nazirliyi sistemində elektron icra sistemi yaradılıb, hazırda test rejimində işləyir: “Bu sistem imkan verəcək ki, icra işləri barədə məlumatlar kağız daşıyıcılarla deyil, SMS və elektron yazışma vasitəsi ilə çatdırılsın. Lazımi sorğulara tez cavab verilsin, təkcə bu iş bir il vaxt aparmasın”.

E.Babayev həmçinin əlavə edib ki, son 10 ildə icra işlərinin sayı təxminən 10 dəfə artıb: “10 il bundan əvvəl 60 min icra işi var idi, indi bu rəqəm 600 mindir. Elə qurum var ki, 2 500-2 600 icra işi var. Bu qədər iş 431 icra məmurunun üzərindədir. Nəzərə alsaq ki, təxminən 20 ştat da boşdur, deməli 1 nəfər 1 500-dən çox işi icra etməlidir”.

Son xəbərlər

Orphus sistemi