​Azərbaycanda gömrük, miqrasiya və sosial müdafiə ödənişləri ilə bağlı ictimaiyyətin təklifləri öyrənilir

​Azərbaycanda gömrük, miqrasiya və sosial müdafiə ödənişləri ilə bağlı ictimaiyyətin təklifləri öyrənilir Sorğuda mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar iştirak edə bilərlər
Biznes
4 İyul , 2016 16:03
​Azərbaycanda gömrük, miqrasiya və sosial müdafiə ödənişləri ilə bağlı ictimaiyyətin təklifləri öyrənilir

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycanda aparılan davamlı iqtisadi islahatlara dair ictimai rəyi və yeni islahat təklifləri ilə bağlı fikirləri öyrənmək üçün onlayn qaydada daha bir sorğu keçirir. Bu barədə "Report"a İİTKM-dən bildirilib.

Məlumata görə, islahatların inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq üçün sorğuda aşağıdakı suallara dair təkliflərin verilməsi xahiş olunur:

1. Azərbaycan Respublikasının gömrük qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?

2. Əmək və miqrasiya qanunvericiliklərində hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?

3. Sosial müdafiə ödənişləri sistemində hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?

Sorğuda mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar iştirak edə bilərlər. Təklifləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin internet saytında aşağıdakı link vasitəsilə çatdırmaq mümkündür:

http://iqtisadiislahat.org/online-application

Son xəbərlər

Orphus sistemi