Azərbaycanda geyim istehsalı 14% azalıb

Azərbaycanda geyim istehsalı 14% azalıb Corab və alt trikotaj istehsalında isə artım qeydə alınıb
Biznes
23 Aprel , 2016 11:20
Azərbaycanda geyim istehsalı 14% azalıb

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanda geyim istehsalı 14% azalaraq bu ilin yanvar-mart aylarında 9 232,5 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, bu müddətdə dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı da 78,1% azalaraq 1 225,2 min manata enib.

2016-cı ilin yanvar-mart ayları ərzində 8,2 min cüt üstü dəri olan ayaqqabı istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövr ilə müqayisədə 79,7% azdır.

Hesabat dövründə ölkədə kişilər üçün kostyum və komplekt istehsalı azalaraq 725 ədəd, üst trikotaj 33% azalaraq 21 min ədəd olub. Corab və alt trikotaj istehsalında isə artım qeydə alınıb. Ölkədə birinci rübdə 377 min cüt corab və 93,2 min ədəd alt trikotaj istehsal olunub.

Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 20,0 mln. manat dəyərində məhsul istehsal edilib, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə toxuculuq sənayesində 3,2 dəfə artım müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi