Azərbaycanda fevralda ixrac malları üzrə 1 155 ekspertiza aktı tərtib edilib

Azərbaycanda fevralda ixrac malları üzrə 1 155 ekspertiza aktı tərtib edilib Ekspertizalar gömrükdən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə keçirilib
Biznes
2 Mart , 2016 19:54
Azərbaycanda fevralda ixrac malları üzrə 1 155 ekspertiza aktı tərtib edilib

Bakı. 2 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC bu ilin fevral ayı ərzində Azərbaycanın gömrük ərazisindən ixrac olunan malların mənşə ölkəsinin təyin edilməsi üzrə neft və qeyri-neft məsulları üçün müvafiq ekspertizalar keçirib. “Report” Ekspertiza Mərkəzinə istinadən xəbər verir ki, ekspertizaların nəticələrini təsdiq edən 1 155 ədəd ekspertiza aktı tərtib olunub.

Həmin dövr ərzində Mərkəzin nəzdində fəaliyyət göstərən qida və qeyri-ərzaq mallarının sınaq laboratoriyasında taxıl və taxıl emalı məhsulları, meyvə-tərəvəz məhsulları, şəkər və qənnadı məmulatları, tamlı məhsullar, süd və süd məhsulları, ət və ət məhsulları, balıq və balıq emalı məhsulları, uşaq qidası məhsul qrupları üzrə 280 analiz aparılıb.

Son xəbərlər

Orphus sistemi