Azərbaycanda ən çox bahalaşan xidmətlər açıqlanıb

Azərbaycanda ən çox bahalaşan xidmətlər açıqlanıb Dövlət Statistika Komitəsi martda ən çox bahalaşan xidmətləri müəyyənləşdirib - TOP-10
Biznes
26 Aprel , 2017 15:38
Azərbaycanda ən çox bahalaşan xidmətlər açıqlanıb
Report

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycanda 2017-ci ilin mart ayı ərzində sürətlə bahalaşan xidmət növləri açıqlanıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, istehlak səbətinə daxil olan xidmətlərdən aylıq ən çox qiymət artımı xaricə istirahət turlarında qeydə alınıb.

Ötən ay qiyməti daha sürətlə artan xidmətlərin ilk onluğu aşağıdakı kimidir:

Xidmət Əvvəlki aya nisbətən,%
İstirahət turları (ölkədən kənara) 105,9
Kişi penсəyinin quru kimyəvi təmizlənməsi 102,7
Aviadaşımalar (beynəlxalq reyslər, MDB) 102,7
Uşaqlar üçün attraksionlar 101,9
Aerobika məşğələsi 101,4
Biçmə və tikişin öyrənilməsikursları 101,4
Kafedə yeməklərin hazırlanması və verilməsi 101,4
Mənzillərin kirayəsi 101,2
Üzgüçülük məşğələsi 101,2
Çayxana xidməti 101,2

Son xəbərlər

Orphus sistemi