Azərbaycanda elmi ixtira müəlliflərinə mənfəətdən 25%-dək mükafat ödənilə bilər

Azərbaycanda elmi ixtira müəlliflərinə mənfəətdən 25%-dək mükafat ödənilə bilər ASK prezidenti Məmməd Musayev: "Sahibkarlar alimlərlə yaxından əməkdaşlıq etməyə hazırdırlar"
Biznes
16 İyun , 2017 13:24
Azərbaycanda elmi ixtira müəlliflərinə mənfəətdən 25%-dək mükafat ödənilə bilər

Bakı.16 iyun.REPORT.AZ/ Azərbaycanda tətbiq edilən elmi ixtiradan sahibkar gəlir əldə etdiyi təqdirdə, onun mənfəətinin azı 5%, ən çox isə 25%-i elmi ixtiranın müəllifinə verə bilər. 

"Report" xəbər verir ki, bu təkliflə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxış edib.

M.Musayev elm adamları ilə sahibkarların daha sıx əməkdaşlıq etməli olduğunu vurğulayıb: "Elmin biznesə tətbiqini olduqca əhəmiyyətli hesab edirik. Məsələn, ötən il bizimlə əməkdaşlıq edən şirkətə toxum əkilməsi üçün Türkiyə, Yunanıstan və Almaniyadan müxtəlif şirkətlər müraciət edib. Bizim alimlərin də bu cür təcrübə aparması çox yaxşı olardı".

"Sahibkarlar alimlərlə yaxından əməkdaşlıq etməyə hazırdırlar", - deyə ASK rəhbəri əlavə edib.

Son xəbərlər

Orphus sistemi