Azərbaycanda elektron ticarət dövriyyəsi bu il 90% artıb

Azərbaycanda elektron ticarət dövriyyəsi bu il 90% artıb Bu ilin yanvar-oktyabr aylarında iaşə xidmətlərinin həcmi isə 14% artıb
Biznes
11 Noyabr , 2015 13:21
Azərbaycanda elektron ticarət dövriyyəsi bu il 90% artıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 mln. manata çatıb.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,9%-i hüquqi şəxslər, 8,1%-i isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,3%-i qeyri-ərzaq məhsullarının payına düşüb.

Bu ilin yanvar-oktyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1% artaraq 841,6 mln. manat olub.

Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 366,7 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 474,9 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi