Azərbaycanda Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak üçün ixracatçıların seçilməsinə start verilib

Azərbaycanda Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak üçün ixracatçıların seçilməsinə start verilib Vahid ölkə stendində iştirak edəcək ixracatçı şirkətlərin maksimum sayı 30 olmalıdır
Biznes
9 Dekabr , 2016 16:08
Azərbaycanda Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak üçün ixracatçıların seçilməsinə start verilib

Bakı. 9 dekabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq “Gulfood” beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbuluna başlayıb.

Nazirlikdən “Report”a verilən xəbərə görə, sözügedən sərgi Dubay şəhərində fevralın 26-dan martın 2-dək keçiriləcək. Vahid ölkə stendində iştirak edəcək ixracatçı şirkətlərin maksimum sayı 30 olmalıdır.

İştirakçılar müsabiqə əsasında seçiləcəklər. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (“Azpromo”).

Müsabiqə “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında gələn il yanvarın 31-də “Azpromo”da (Bakı Biznes Mərkəzi, Neftçilər prti, 32) təşkil olunacaq.

Tələb edilən sənədlər yanvarın 18-dək təqdim olunmalıdır.

Son xəbərlər

Orphus sistemi