Azərbaycanda dövlət satınalmaları ilə bağlı şikayətlərin sayı 2 dəfə artıb

Azərbaycanda dövlət satınalmaları ilə bağlı şikayətlərin sayı 2 dəfə artıb 2018-ci ildə Azərbaycanda dövlət müəssisələrinin və təşkilatlarının keçirdiyi satınalmalarla bağlı iddiaçılardan 136 şikayət daxil olub.
Biznes
12 İyun , 2019 17:34
Azərbaycanda dövlət satınalmaları ilə bağlı şikayətlərin sayı 2 dəfə artıb

2018-ci ildə Azərbaycanda dövlət müəssisələrinin və təşkilatlarının keçirdiyi satınalmalarla bağlı iddiaçılardan 136 şikayət daxil olub.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 94,3% və yaxud, təxminən, 2 dəfə çoxdur.

Şikayət halları “Dövlət sаtınаlmаlаrı hаqqındа” qanuna uyğun araşdırılıb, müsаbiqələrin оbyеktiv keçirilməsi, iddiaçılara ədalətli yanaşılması və ayrıseçkilik hallarında yol verilməməsi üçün satınalan təşkilatlara tövsiyələr verilib, eyni zamanda dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri malgöndərənlərə (podratçılara) izah edilib.

Son xəbərlər

Orphus sistemi