Yuxarı
    Bağlamaq

    Azərbaycanda Dövlət Reklam Agentliyi yaradılıb

    Dövlət başçısının sərəncamı ilə Aydın İbadov Agentliyin direktoru təyin edilib

    Bakı. 20 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev iyunun 20-də Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

    "Report"un məlumatına görə, fərmana əsasən ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılıb.

    Dövlət Reklam Agentliyinin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bu Fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barədə təkliflərini on beş gün müddətində hazırlayıb dövlət başçısına təqdim edəcək.

    Prezidentin həmin gün imzaladığı sərəncamla Aydın İbadov Dövlət Reklam Agentliyinin direktoru təyin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi