Yuxarı
    Bağlamaq

    Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib

    Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Barama Toxuma Zavodu olub

    Bakı. 18 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib. 

    Komitədən "Report"a bildirilib ki, budəfəki hərracda 2 kiçik dövlət müəssisəsi və 14 qeyri-yaşayış sahəsi özəlləşdirilib. 

    Qeyri-yaşayış sahələrinin 6-sı paytaxtda, 8-i isə regionlarda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-si Nəsimi, 1-i Nərimanaov, 1-i Nizami, 1-i Sabunçu, sonuncusu isə Yasamal rayonu ərazisindədir. 

    Regionlarda da hərraclar keçirilib. Özəlləşdirilən 2 kiçik dövlət müəssisəsi Zaqatala və Qax rayonunda yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Zaqatalada yerləşən Barama Toxuma Zavodu olub. Adı çəkilən əmlak 510,75 min manata (18 350 kv.metr torpaq sahəsi ilə birgə) özələşdirilib.

    Növbəti kiçik dövlət müəssisəsi Qax rayonunda yerləşən topdansatış müəssisəsidir. Özəlləşdirilməyə açıq elan edilən əmlaklar pambıqçılıq, quşçuluq, tikinti, nəqliyyat və müxtəlif iqtisadi sahələrə aiddir. Bölgələrdə özəlləşdirlən 8 qeyri yaşayış sahəsindən 2-si Daşkəsən, 2-si Göyçay, 2-si Sumqayıt, 1-i Mingəçevir, 1-i isə Ağdaş rayonunda yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 30-133 kv. m arasında dəyişir.

    Qeyd edək ki, ƏMDK tərəfindən növbəti hərrac aprelin 25-də baş tutacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi