Yuxarı

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib

Hərraca çıxarılan dövlət obyektləri paytaxt və regionlarda yerləşir

Bakı. 31 yanvar. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu gün növbəti hərrac keçirib. Komitədən "Report"a bildirilib ki, hərraca çıxarılan dövlət obyektləri paytaxt və regionlarda yerləşir. 

Hərraca çıxarılan kiçik dövlət müəssisələri və obyektləri həm Bakı, həm regionlarda, qeyri-yaşayış sahələrinin əksəriyyəti isə paytaxt rayonlarında yerləşir. Paytaxtda yerləşən obyektlər sırasında 86,4 kv.metr torpaq sahəsi və 66,8 kv.metr ümumi faydalı sahəsi olan bir mərtəbəli ayrı tikili, Nərimanov rayonundakı 29,5 kv.m, 84 kv.m və 75 kv.m sahəyə malik qeyri-yaşayış obyektləri var.

Hərracda Nərimanov və Binəqədi rayonlarında yerləşən qeyri-yaşayış obyektləri özəlləşdirilib. Belə əmlaklar sırasında ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Nərimanov rayonundakı 5 mərtəbəli binanın qeyri-yaşayış sahəsi olub.

Hərrac zamanı qalib olan şəxslər hərrac protokolunu imzalayıb. Hərracda özəlləşdirilən əmlaklara dair qısa müddətdə hazır çıxarışlar təqdim olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi