Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.
“Report” Komitəyə istinadən xəbər verir ki, hərracda Bakıda yerləşən kiçik dövlət müəssisələri, eləcə də 1 nəqliyyat vasitəsi özəlləşdirilib.
Hərracda bəzi əmlakların sahibi torpaq sahəsi ilə birlikdə dəyişib. Buna misal olaraq, Bakının Sabunçu rayonundakı yardımçı təsərrüfatı göstərmək olar. Ümumi faydalı sahəsi 3 min kv.m-ə yaxın olan əmlakın torpaq sahəsi 60 min kv.m dən çoxdur.
Hərracda özəlləşdirilmiş nəqliyyat vasitəsi isə Rusiya istehsalı olan “QAZ-3307” markalı minik avtomobili olub.