Azərbaycanda daha iki yaşayış məntəqəsinin sakinlərinə pay torpaqları ayrılıb

Azərbaycanda daha iki yaşayış məntəqəsinin sakinlərinə pay torpaqları ayrılıb Vətəndaşların bir qisminə mülkiyyət hüququnu təsdiq edən sənədlər də verilib
Biznes
24 May , 2017 14:16
Azərbaycanda daha iki yaşayış məntəqəsinin sakinlərinə pay torpaqları ayrılıb

Bakı. 24 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması ilə bağlı apardığı işlərin nəticələrinə istinad etməklə Xaçmaz rayonunun Müqtədir qəsəbəsinin və Vələmir kəndinin sakiblərinə pay torpaqları verib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Komitəsinin açıqlamasında bildirilir.

Məlumata görə, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə vətəndaşlara 531,24 hektar pay torpaq sahələri ayrılıb. Bunun üçün Xaçmaz Rayon İcra hakimiyyəti ilə birlikdə bir sıra işlər aparılıb, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı müəyyənləşdirilib, dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verilmiş torpaq sahələri ayrılıb. Bundan başqa, torpaq islahatının başa çatdırılması məqsədilə təsərrüfatın yerquruluşu layihəsi və pay torpaqlarının bölgü layihəsi tərtib edilib. İslahat nəticəsində ərazidə mövcud olan 604 ailədən ibarət 2 315 subyektin hər birinə 0,18 hektar pay torpaq sahəsi naturada ayrılıb.

Bu gün Müqtədir qəsəbəsində torpaq payı almış vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilib. İlkin olaraq 50-ə yaxın vətəndaşa əmlakı üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilib. Onlar bu sənədi heç bir yerə getmədən komitənin mobil ofisləri vasitsilə elə aldıqları pay torpaqlarındaca əldə ediblər.

Bu səpgidən olan işlər Siyəzən rayonunun Dağquşçu, İmişli rayonunun Hacımustafalı kəndlərində də həyata keçirilib. Məqsəd kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əhalinin ərzaq təminatının yerli istehsal hesabına ödənilməsinin təmin edilməsidir. 

Son xəbərlər

Orphus sistemi