Azərbaycanda daha 19 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda daha 19 dövlət əmlakı özəlləşdirilib Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib
Biznes
15 Avqust , 2017 12:11
Azərbaycanda daha 19 dövlət əmlakı özəlləşdirilib
Report

Bakı. 15 avqust. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

“Report” ƏMDK-ya istinadən xəbər verir ki, hərracda 6-sı kiçik dövlət müəssisəsi və 11-i istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla 17 əmlak özəlləşdirilib.

Kiçik dövlət müəssisələrindən 3-ü Bakının Qaradağ rayonunda, 1-i paytaxtın Səbail rayonunda, 1-i isə Gəncə şəhərində, 1-i isə İsmayıllı rayonunda yerləşir. Onların fəaliyyət pambıqçılıq, quşçuluq, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak İsmayıllıdakı toxuculuq sexi olub. Onun torpaq sahəsi 11 145 kv.m, ümumi faydalı sahəsi isə 3 min kv.m-ə yaxındır. Bundan başqa, hərracda Qaradağdakı 12 saylı yeməkxana və Səbaildəki 66 saylı mağaza da özəlləşdirilib ki, onların da ümumi faydalı sahəsi müvafiq olaraq 75 kv.m və 175 kv.m-dir.

Hərracda “əl dəyişdirmiş” istifadəsiz qeyri-yaşayış sahələrindən isə 3-ü Bakının Nəsimi, 2-si Binəqədi, 2-si Yasamal, 1-i Nərimanov, 1-i Nizami, 1-i Suraxanı rayonlarında, 1-i isə Göygöl rayonunda yerləşir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Növbəti belə hərrac avqustun 22-də keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2218

Son xəbərlər

Orphus sistemi