Yuxarı
    Bağlamaq

    Azərbaycanda daha 16 dövlət obyekti özəlləşdirilib

    Fevralın 28-də keçiriləcək növbəti hərracda 77 dövlət müəssisə və obyekti satışa çıxarılacaq

    Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib. 

    Komitədən "Report"a bildirilib ki, bu dəfəki hərracda ümumilikdə 16 dövlət əmlakı olmaqla 2 səhmdar cəmiyyəti, 1 nəqliyyat vasitəsi və 13 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib.

    Hərracda özəlləşdirilən 13 kiçik dövlət müəssisə və obyektindən 8-i paytaxtda, 1-i Sumqayıtda, 1-i Mingəçevirdə, 1-i Lənkəranda, 1-i Biləsuvarda, 1-i isə Gəncədə yerləşir. Bu əmlakların 1-i ticarət obyekti olub, 1-i xidmət və ictimai iaşə, qalanları isə sənaye sahəsinə aid olub.

    Hərracda ən yüksək qiymət paytaxtın Sabunçu rayonunda yerləşən obyektə və Lənkərən rayonunda qeyri-yaşayış sahəsinə təklif olunub. Bunlar Sabunçu rayonundakı 101 kv.metr sahəsi olan 93 saylı mağaza və Lənkəran rayonundakı 433,1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsidir. Sabunçu rayonunda yerləşən daşınmaz əmlaka 60 min manat təklif olunub və özəlləşdirilib. Lənkəran rayonundakı sahəsi isə 50 min manata özəlləşdirilib.

    Qeyd edək ki, növbəti hərrac fevralın 28-də keçiriləcək və 77 dövlət müəssisə və obyekti özəlləşməyə çıxarılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi