Azərbaycanda bu il vergidən yayındırılan 54 mln. manat dövlət büdcəsinə ödənilib

Azərbaycanda bu il vergidən yayındırılan 54 mln. manat dövlət büdcəsinə ödənilib 175 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib
Biznes
12 Oktyabr , 2016 12:29
Azərbaycanda bu il vergidən yayındırılan 54 mln. manat dövlət büdcəsinə ödənilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktları üzrə başlanmış 339 cinayət işi üzrə aparılan araşdırmalar zamanı 54,014 mln. manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 9,751 mln. manat yaxud 22,3% çoxdur. Bu barədə “Report”a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, 175 cinayət işi üzrə büdcədən yayındırılmış vergilər ibtidai istintaq zamanı tamamilə ödənildiyinə görə onların icraatına xitam verilib.

Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin İstintaq İdarəsində 719 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 11 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqı tamamlanmış cinayət işlərindən 95 iş üzrə 109 nəfər şəxs barəsində materiallar ittiham aktı ilə aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə, barələrində axtarış elan olunmuş 35 nəfər şəxs tutularaq Departamentin İstintaq İdarəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 274 şəxsin məcburi qaydada gətirilməsi, 504 şəxsin tapılaraq istintaqa gəlməsi, 591 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən 120 nəfər vergi ödəyicisi tapılaraq onların müvafiq vergi orqanlarına gəlməsi təmin olunub.

Son xəbərlər

Orphus sistemi