Azərbaycanda bu il sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 100 milyon manatı keçib

Azərbaycanda bu il sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 100 milyon manatı keçib Bu ilin əvvəlindən Azərbaycanda investisiya dəyəri 400,4 milyon manat olan 774 investisiya layihəsinin maliyyələşdirilməsinə 101,4 milyon manat güzəştli kredit verilib.
Biznes
11 Sentyabr , 2019 15:49
Azərbaycanda bu il sahibkarlara verilmiş güzəştli kreditlərin məbləği 100 milyon manatı keçib

Bu ilin əvvəlindən Azərbaycanda investisiya dəyəri 400,4 milyon manat olan 774 investisiya layihəsinin maliyyələşdirilməsinə 101,4 milyon manat güzəştli kredit verilib.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması 3 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Güzəştli kreditlərin 96,3%-i kiçik və orta həcmli kreditlər olmaqla, kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

Son xəbərlər

Orphus sistemi