Azərbaycanda ​beynəlxalq uçuşlara endirim ediləcək

Azərbaycanda ​beynəlxalq uçuşlara endirim ediləcək Biletlərin satışı dekabrın 10-dan başlayacaq
Biznes
19 Noyabr , 2015 16:36
Azərbaycanda ​beynəlxalq uçuşlara endirim ediləcək

Bakı. 19 noyabr. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" (AZAL) QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində beynəlxalq uçuşlara endirim elan edib.

“Report” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yeni il aksiyası çərçivəsində biletlərin satışı bu il dekabrın 10-dan başlayıb, gələn ilin yanvar ayının 10-dək davam edəcək. Uçuş tarixi isə gələn il yanvarın 15-dən fevralın 29-dək olacaq.

Kampaniya çərçivəsində aşağıdakı istiqamətlər üzrə aviabiletlərin qiyməti:

İstiqamət Minimal qiymət
1 Bakı – London – Bakı 329 avro
2 London – Bakı – London 269 funt sterlinq
3 Bakı – Milan – Bakı 329 avro
4 Bakı – Paris – Bakı 349 avro
5 Bakı – Nyu-York – Bakı 499 avro
6 Nyu-Yok – Bakı – Nyu-York 549 ABŞ dolları
7 Bakı – Praqa – Bakı 329 avro
8 Praqa – Bakı – Praqa 359 ABŞ dolları
9 Bakı – Təl Əviv – Bakı 299 avro
10 Təl Əviv– Bakı – Təl Əviv 329 ABŞ dolları
11 Bakı – Lvov – Bakı 289 avro
12 Lvov– Bakı – Lvov 319 ABŞ dolları
13 Bakı – Kazan – Bakı 209 avro
14 Bakı – Sankt-Peterburq – Bakı 279 avro

Xatırladaq ki, avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları" bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30% faiz endirim tətbiq edib.

Son xəbərlər

Orphus sistemi