Azərbaycanda ayaqqabı istehsalı azalıb

Azərbaycanda ayaqqabı istehsalı azalıb Ayaqqabının qiyməti illik 20% artıb
Biznes
24 İyun , 2017 17:33
Azərbaycanda ayaqqabı istehsalı azalıb

Bakı. 24 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 66,4 min cüt ayaqqabı istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu ilin 5 ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 11% az olub.

May ayında ölkədə ayaqqabının qiymətində aprel ayına nisbətən 0,5% artım qeydə alınıb. Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 19,7% artıb.

Son xəbərlər

Orphus sistemi