Azərbaycanda aparılan iqtisadi islahatların nəticələri Tbilisidə beynəlxalq forumda təqdim olunub

Azərbaycanda aparılan iqtisadi islahatların nəticələri Tbilisidə beynəlxalq forumda təqdim olunub Tbilisi. 15 dekabr. REPORT.AZ/ Gürcüsan parlamentində II Beynəlxalq Tbilisi Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumu (TISIFF 2018) keçirilir.
Biznes
15 Dekabr , 2018 14:03
Azərbaycanda aparılan iqtisadi islahatların nəticələri Tbilisidə beynəlxalq forumda təqdim olunub

Tbilisi. 15 dekabr. REPORT.AZ/ Gürcüsan parlamentində II Beynəlxalq Tbilisi Həmrəylik və İnnovativ Maliyyələşdirmə Forumu (TISIFF 2018) keçirilir.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə tədbirdə çıxış edərək Azərbaycan dövlətinin apardığı iqtisadi siyasətin nəticələri barədə ətraflı məlumat verib.

O deyib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar, ölkənin qeyri-neft sektorunun şaxələndirilməsi, insan kapitalından səmərləri istifadə istiqamətində atılan addımlar ölkənin sosial-iqtisadi göstəricilərini daha da yaxşılaşdıracaq: “Azərbaycan sözün əsil mənasında dayanıqlı inkişaf məqsədlərinə bir çox ölkələrdən tez nail olacaq. Çünki yoxsulluğun azaldılması, yeni iş yerlərinin yaradılması, davamlı inkişafın sürətinin artırılması, dövlət-sahibkarlıq əməkdaşlığının genişləndirilməsi, maliyyə resurslarına çıxışlar istiqamətində görülən tədbirlər, şübhəsiz ki, öz müsbət nəticəsini verəcək”.

Z.Səmədzadənin sözlərinə görə, Azərbaycan dayanıqlı inkişaf sahəsində həm beynəlxalq təcrübədən istifadə edəcək, həm də öz milli maraqlarını əsas tutaraq ölkə iqtisadiyyatının daha davamlı inkişafı istiqamətində cəsarətli addımlar atacaq.

TISIFF 2018 toplantısında 17 ölkənin parlament və hökumət üzvlərinin daxil olduğu 150 nümayəndə, beynəlxalq təşkilat və diplomatik korpusun nümayəndələri iştirak edirlər. Forumda innovativ maliyyələşdirmə alətləri, BMT-nin 2030-cu il üçün dayanıqlı inkişaf məqsəd və planları, bu məqsədlərə nail olmaq üçün innovativ platformalar, kriptovalyutalar, blokçeyn və digər mövzular müzakirə olunur. Toplantı çərçivəsində BMT Baş Katibliyinə tövsiyyələr təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi