Yuxarı

Azərbaycanda aksiz malların plastik kartla satışı dayandırılıb - YENİLƏNİB

Bu qərar sahibkarların Prezidentə müraciətləri əsasında qəbul edilib

İlk xəbər xəbər saat 17:30-da verilib

Bakı. 12 yanvar. REPORT.AZ/ Yanvarın 12-dən etibarən Azərbaycanda bəzi aksiz malların (spirtli içkilərin) plastik kartlarla satışı müvəqqəti olaraq dayandırılıb. "Report" xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov AzTV-yə müsahibəsində bildirib.

Qeyd olunur ki, bu qərar sahibkarların dövlət başçısına müraciətləri əsasında qəbul edilib.

***

"Azərbaycanda bu işləri həyata keçirmək üçün ticarət və ictimai iaşə müəssisələrində 86 mindən çox POS-terminal quraşdırılıb. Bu işlər üçün 6 mln.-dan çox kart var. Amma spirtli içkilərin kartlarla satılması ilə bağlı sənədləşmə işlərində bəzi problemlər var. Bizdə olan məlumata görə, həm Prezident Administrasiyasına, həm də bizə bu barədə sahibkarların çoxsaylı müraciətləri olur. Bütün bunları nəzərə alaraq, Prezident tapşırıq verib ki, bu qaydaların tətbiqi müvəqqəti olaraq dayandırılsın", - deyə nazir müavini bildirib.

"Yəqin ki, hazırlıq işləri başa çatandan sonra bununla bağlı ayrıca qərar veriləcək", - deyə S.Ələkbərov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi