Azərbaycanda 9 adda yeni dərman satışa çıxarılacaq

Azərbaycanda 9 adda yeni dərman satışa çıxarılacaq Onlar bazara gələn il yanvarın 1-dən çıxarılacaq
Biznes
1 Avqust , 2017 12:52
Azərbaycanda 9 adda yeni dərman satışa çıxarılacaq

Bakı. 1 avqust. REPORT.AZ/ ABŞ-ın dərman şirkəti MERCK-in istehsal etdiyi 9 adda dərmanın (“Concor”, Concor Cor”, “Lodoz”, “Glucophage”, “Glucophage XR”, “Glucovance”, “Euthyrox”, “Jodbalance” və “Thyrozol”) Azərbaycanda satışına başlanılacaq. 

“Report” Avropa mətbuatına istinadən xəbər verir ki, bu məqsədlə istehsalçı ilə İsveçrənin ACINO şirkəti ilə distributor razılaşması imzalanıb.

Razılaşmanın şərtinə görə, ACINO şirkəti MERCK-ə məxsus ürək-damar və endokrin xəstəliklərinin müalicəsi üçün istifadə edilən dərmanları MDB ölkələrinin bazarına çıxaracaq. Söhbət Rusiya istisna olmaqla birliyə daxil olan bütün ölkələrdən, o cümlədən Azərbaycandan gedir. 

Yeni dərmanların satışına gələn il yanvarın 1-dən başlanılacaq. Bu dərmanlar ürək-damar xəstəlikləri ilə yanaşı, şəkərli diabet və qalxanvari vəzin xəstəlikləri kimi endokrin xəstəliklərin müalicəsi üçün də istifadə ediləcək. 

Qeyd edək ki, adıçəkilən dərmanların Türkiyədə satış qiymətləri 1-10 manat arasında dəyişir.

Son xəbərlər

Orphus sistemi