Yuxarı

Azərbaycanda 6 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda 6 dövlət əmlakı özəlləşdirilib
© Report

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

“Report” Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərracda 1-i səhmdar cəmiyyəti (“Gülşən Ətir” ASC), 2-si kiçik dövlət müəssisəsi, 3-ü isə qeyri-yaşayış sahəsi olmaqla 6 dövlət əmlakı özəlləşdirilib.

Kiçik dövlət müəssisələri Bakının Sabunçu və Xəzər rayonlarında yerləşir. Bunlar müvafiq olaraq 49 və 96 saylı mağazalardır. Qeyri-yaşayış sahələri isə paytaxtın Suraxanı və Nəsimi rayonlarında, eləcə də Şabran şəhərində yerləşir.

Növbəti belə hərrac fevralın 27-də keçiriləcək. Hərracda özəlləşdirməyə çıxarılmış 74 əmlakdan 23-ü səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisəsi, 25-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi