Azərbaycanda 3 xarici şirkətin filialı ləğv olunur

Azərbaycanda 3 xarici şirkətin filialı ləğv olunur Kreditorlara 2 ay vaxt verilib
Biznes
21 Dekabr , 2016 10:09
Azərbaycanda 3 xarici şirkətin filialı ləğv olunur

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan bazarını daha 3 xarici şirkət tərk edib. Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlardan biri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qeydiyyatdan keçmiş “Black Gold İnternational Oil FZCO” şirkətidir. Azərbaycandakı filialının ləğv olunduğunu elan edən şirkətin kreditorları tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 90 ünvanına bildirə bilərlər.

Bundan başqa, Malayziyanın “Velosi (HK) Limited” şirkəti də Azərbaycandakı filialının ləğv olunduğunu bəyan edib. Bu şirkətin kreditorlarının tələblərinə 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi, 11, mənzil 28-30 ünvanında baxılacaq.

Həmçinin “Wenaas Caspian Limited” şirkətinin Azərbaycandakı filialı da ləğv olunur. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, 26 ünvanına bildirə bilərlər. 

Son xəbərlər

Orphus sistemi