Yuxarı
    Bağlamaq

    Azərbaycanda 17 dövlət əmlakı özəlləşdirilib

    Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

    “Report” Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərracda 4 kiçik dövlət müəssisə və obyekti, 13 istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla ümumilikdə 17 dövlət əmlakı özəlləşdirilib.

    Həmin kiçik dövlət müəssisələrindən 3-ü Bakının müxtəlif rayonlarında, 1-i isə Sumqayıt şəhərində yerləşir. Bundan başqa, paytaxtın müxtəlif rayonları üzrə 12, Sumqayıt üzrə isə 1 istifadəsiz qeyri-yaşayış sahəsi sahibini tapıb.

    Hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Bakının Nizami rayonunda yerləşən “Mebellərin təmiri emalatxanası” olub. Ümumi faydalı sahəsi 322.3 kv.m olan əmlakın dəyəri 90 min manat qiymətləndirilib və özəlləşdirilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan Sumqayıtdakı “8 saylı pitixana” 6 500 manata özəlləşdirilib. Qeyd edək ki, kiçik dövlət müəssisəsinin ümumi faydalı sahəsi 190.4 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 226 kv.m-dir.

    Hərracın gedişatı zamanı paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi rəqabətli hərrac nəticəsində özəlləşdirilib. İlkin satış qiyməti 5 500 manat olan əmlak 11 700 manata sahibini tapıb. Rəqabətli şəkildə özəlləşdirilən digər obyekt isə paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Bu əmlak 12 700 manata özəlləşdirilib.

    Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

    http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

    Növbəti belə hərrac dekabrın 19-da keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 68 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 24-ü kiçik dövlət müəssisə və obyekti, 8-i istifadəsiz qeyri-yaşayış sahəsi, 25-i səhmdar cəmiyyət, 11-i isə nəqliyyat vasitələridir.

    http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2954

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi