Azərbaycanda 16 dövlət əmlakı özəlləşdirilib

Azərbaycanda 16 dövlət əmlakı özəlləşdirilib Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərracını keçirib
Biznes
2 May , 2017 11:37
Azərbaycanda 16 dövlət əmlakı özəlləşdirilib

Bakı. 2 may. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

“Report” Komitəyə istinadən xəbər verir ki, hərracda 5 kiçik dövlət müəssisəsi, 11 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib. Kiçik dövlət müəssisələrindən 2-si Bakıda (Sabunçu və Xəzər rayonlarında), 3-ü regionlarda (Gəncə, Cəlilabad və Mingəçevirdə), qeyri-yaşayış sahələrindən isə 3-ü paytaxtda (Suraxanı, Yasamal və Nizami rayonlarında), 8-i regionlarda (3-ü Quba, Sumqayıt, Sabirabad, Lənkəran və Ağdaşda) yerləşir.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sabunçu rayonunda yerləşən ictimai iaşə obyekti olub. Beləki, adıçəkilən əmlak 220 min manata özəlləşdirilib. Bundan başqa paytaxtın Xəzər rayonunda yerləşən Tibb məntəqəsi də qiyməti ilə digərlərindən fərqlənir. Özəlləşdirilən həmin əmlakın qiyməti 190 min manatdır. 

İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlaka 60 min manat qiymət qoyulub. 

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C...       

Son xəbərlər

Orphus sistemi