Azərbaycana yeyinti məhsullarının idxalı azalıb

Azərbaycana yeyinti məhsullarının idxalı azalıb Süd, yağ, şəkər idxalında azalma, ət, buğda və meyvə-tərəvəzdə isə artım qeydə alınıb
Biznes
24 Dekabr , 2015 11:05
Azərbaycana yeyinti məhsullarının idxalı azalıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycana yeyinti məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 7% azalaraq cari ilin yanvar-noyabr ayları ərzində 875,8 mln. ABŞ dollarına enib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə süd idxalı 17,21% azalaraq 5,2 mln. dollar, kərə yağı idxalı 10,05% azalaraq 20,7 mln. dollar, şəkər idxalı 35,6% azalaraq 114,3 mln. dollar təşkil edib.

Bunun əksinə olaraq, hesabat dövründə ət idxalı 0,11% artaraq 17,1 mln. dollar, meyvə-tərəvəz idxalı 2,3 dəfə yaxud 129,63% artaraq 51,2 mln. dollar, buğda idxalı 4,1% artaraq 276,0 mln. dollar olub.

Qeyd edək ki, cari ilin ilk 11 ayı ərzində Azərbaycana 8 196,2 mln. dollar həcmində mal idxal olunub ki, bu da illik müqayisədə 1,03% artım deməkdir. Beləliklə, ölkə üzrə cəmi idxalın 10,68%-i yeyinti məhsullarının payına düşüb.

Son xəbərlər

Orphus sistemi