​Azərbaycana xaricdən avtomobil gətirilməsi 2 dəfə azalıb

​Azərbaycana xaricdən avtomobil gətirilməsi 2 dəfə azalıb Ötən ilin 7 ayı ərzində xaricdən Azərbaycana 38 min 338 ədəd avtomobil gətirildiyi halda, 2015-ci ildə ölkəyə 19 min 476 ədəd avtomobil idxal olunub
Biznes
15 Avqust , 2015 10:42
​Azərbaycana xaricdən avtomobil gətirilməsi 2 dəfə azalıb

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18 862 ədəd, yaxud 1,97 dəfə azalıb. Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, ötən ilin 7 ayı ərzində xaricdən Azərbaycana 38 min 338 ədəd avtomobil gətirildiyi halda, bu il ölkəyə 19 min 476 ədəd avtomobil idxal olunub.

Məlumata görə, ölkəyə gətirilən avtomobillərin 660 ədədi, yaxud 3,39%-i sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 17 345 ədədi, yaxud 89,06%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 275 ədədi və ya 6,55%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 196 ədədi, yaxud 1,01%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Ötən ilin ilk yeddi ayına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 462 ədəd, yaxud 3,3 dəfə artıb, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2 dəfə, yaxud 17 273 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 1988 ədəd, yaxud 2,6 dəfə və xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 63 ədəd, yaxud 24,32% azalıb.

Son xəbərlər

Orphus sistemi